Google
Web aztelekom.net
Azəri | Русский | English    
 
Poçt qutusunu yoxlayın!    
 


Hal-hazırda Azərbaycanda İnternet şəbəkəsinə qoşulmanın ən geniş yayılmış növü kommutasiyalı telefon xətti vasitəsilə həyata keçirilir. Optik-lifli rabitə kanalları üzərində qurulmuş «Aztelekom.NET» provayder şəbəkəsi telefon xətlərinin vasitəsilə ölkənin istənilən nöqtəsindən İnternet şəbəkəsinə daha etibarlı və keyfiyyətli qoşulmanı təmin edir.

     Ustunlukləri:

  • Qoşulmanın sadəliyi

  • Respublikanın telefon xətti olan istənilən bölgəsindən qoşulma imkanı

  • Aşağı qiymətlər

Biz Sizə İnternetə modemlə qoşulmanın müxtəlif tariflərini təklif edirik. Siz bunlardan özünüz üçün daha əlverişli olanını seçə bilərsiniz.


İNTERNETƏ PAROLSUZ QOŞULMA XİDMƏTİ

“Aztelekom” İB istifadəçilərə kredit ödəmə şərti ilə “Aztelekom.NET” İnternet provayderinin “parolsuz qoşulma” qaydası ilə “Rahat İnternet” xidmətini təklif edir.

Siz respublikanın istənilən nöqtəsindən 178 kodunu yığmaqla “Rahat İnternet” xidmətindən istifadə edə bilərsiniz. “Rahat İnternet” xidməti Sizin büdcənizə qənaət etməklə yanaşı rahatlığınızı da təmin edəcəkdir.

Xidmətin istifadəyə görə ödənişi şəhərlərarası danışıqlarda olduğu kimi, qəbzlərdə çap edilərək ayda bir dəfə istifadəçiyə çatdırılır.

Servisin lokal şəbəkədən yığım kodu “178”dir.
İnternet servis xidmətinin 1 saatının qiyməti 30 qəpikdir.
Əlavə məlumat almaq üçün 170-17, texniki dəstək almaq üçün isə 170-ə zəng edə bilərsiniz.


Dial-up
 
Kartlar üzrə qiymət cədvəli
 
Kartın nominalı
Kartın qiyməti, manat
5 saat
1
10 saat
1,30
20 saat
2,00
30 saat
3,00
50 saat*
5,00
100 saat*
8,00
1 aylıq limitsiz istifadə
16,00

*50-və 100 saatlıq kartları yükləyərkən Siz “Gecə” alternativ tarifindən, yəni qaydalara əsasən 24.00-dan 7.00-dək İnternetdən pulsuz istifadə edə bilərsiniz. Bu zaman kartın istifadə müddəti 1 ay təşkil edir, vaxt bitdikdə kart bağlanılır və bu zaman balansınızda qalan vaxt yeni kart yüklədiyiniz zaman onun üzərinə əlavə edilir.
Siz “Gecə” tarifindən istifadə etmək istəmirsinizsə o zaman Siz “adi” tarifdən istifadə edə bilərsiniz. Bu zaman kartın istifadə müddəti 1 il təşkil edir, lakin gecə saatları da gündüz saatları kimi hesaba alınır.



Müqavilə ilə qoşulmanın qiymət cədvəli
 
Qoşulma vaxtı
Qiyməti, manat
İstifadəçinin qeydə alınması
Pulsuz
1 aylıq limitsiz istifadə
15
3 aylıq limitsiz istifadə
40
6 aylıq limitsiz istifadə
70
1 illik limitsiz istifadə
120


Güzəştli gecə kartların qiymət cədvəli
 
Kartın nominalı
Kartın qiyməti, manat
4 manat
4
6 manat
6
10 manat
10

Aztelekom.net öz abonentlərinə 4, 6, 10 manatlıq Güzəşt kartlarını təklif edir. Siz daha rahat və sərfəli qiymətlərlə Güzəşt kartlarımızdan istifadə edəcəksiniz. 4, 6, 10 manatlıq Güzəşt kartları qoşulma vaxtından asılı olaraq, saat 7:00-dan 22:00-dək 1 saatı 30 qəpik; 22:00-dan 7:00-dək 4 qəpiklə hesablanacaq.

Məsələn, Siz 6 manatlıq Güzəşt kartı alıb evə gəlirsiniz və saat 20:00-dan 01:00-dək İnternetə qoşulmusunuz. Bu zaman hesabınızdan 72 qəpik silinəcəkdir: saat 20:00-dan 22:00-dək 60 qəpik, 22:00-dan 01:00-dək isə 12 qəpik.

 
 
Reklam   Copyright © 2004-2009 Aztelekom.NET