Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin “Aztelekom”
İB tərəfindən təsis edilən “Aztelekom.NET” İnternet
Provayderi Azərbaycan regionlarında sürətli informasiya mübadiləsinin
genişləndirilməsi məqsədi ilə yaradılıb.
“Aztelekom.NET” İnternet Provayderinin əsas vəzifəsi ADSL, HSDSL
və digər müasir texnologiyalardan istifadə etməklə ayrılmış və
kommutasiya olunan kanal vasitəsilə yüksək keyfiyyətli və
sürətli İnternetə qoşulmanı təmin etməkdir.
Bundan əlavə “Aztelekom.NET” elektron poçt, ftp
server, balans yoxlama və statistik məlumatların yoxlanılması kimi
xidmətlər də təklif edir.
İstifadəçilərimiz 24 saat ərzində 170 nömrəli telefona zəng
etməklə yaranmış problemləri texniki dəstək xidmətimizin
köməyi ilə həll edə bilərlər.
2004-cü ilin sentyabr ayında yaradılmasına baxmayaraq
“Aztelekom.NET” İnternet Provayderi qısa müddət ərzində
Azərbaycanda bu sahədə fəaliyyət göstərən provayderlər
arasında liderlər sırasında yer tutmuşuq.
Şəbəkənin qurulmasında Fujitsu Siemens и HP
firmalarının marşrutizator və serverlərindən, Zyxel,
D-Link, U.S.Robotics firmalarının yüksək keyfiyyətli
avadanlıqlarından istifadə olunur. Şəbəkəmizdə
istifadə edilən bütün avadanlıqlar
sertifikatlaşdırılmış və tələb olunan bütün
lisenziyalara malikdir.
Bizim xidmətlərimizdən istifadə
edirlər:
- Azərbaycan Respublikası Vergilər
Departamenti
- AzerDemirYolBank
- Barmek Azərbaycan Elektrik
Şəbəkəsi MMC
- Catel Telefon kompaniyası
- “Fatoglu” Gəncə un emalı
zavodu
- Həmçinin sənaye, ticarət və
digər sahələrdə fəaliyyət gəstərən onlarla
müəssisə və təşkilatlar.
|